Yolu keçmək istəyən qadını maşın vurdu

25 Mart 2013 20:51 (UTC+04:00)


Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Nizami küçəsində baş verib. "Mercedes" markalı avtomobili idarə edən 1989-cu il təvəllüdlü Tamil Həsənov yolu keçmək istəyən 42 yaşlı Vüsalə Qafarovanı vurub. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

AzNews.az