İlham Əliyevdən Belçika kralına məktub

20 İyul 2018 18:21 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, məktubda deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.