İsraildən Qəzza sektorunda HƏMAS-ın obyektlərinə hücum

20 İyul 2018 22:12 (UTC+04:00)

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin yaydığı rəsmi açıqlamada məlumat verilib.

Bildirilir ki, cümə günü İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza sektorunda HƏMAS hərəkatının obyektlərinə irimiqyaslı hücumlar ediblər. Basqın sərhəddə İsrail əsgərlərinə açılan atəşə cavab olaraq başlayıb.

AzNews.az