Bakı sakinini ürəyindən bıçaqladılar

21 İyul 2018 09:00 (UTC+04:00)

APA-nın məlumatına görə, 1990-cı il təvəllüdlü Rəşad Əliyev 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.

Hadisənin təfərrüatlarını Nəsimi rayon Prokurorluğu araşdırır. Faktla əlaqədar Nəsimi polisi də əməliyyat-axtarış tədbirlərinə başlayıb.

AzNews.az