ABŞ-da kater qəzası - 17 nəfər öldü

21 İyul 2018 09:22 (UTC+04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.

Məlumata görə, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əvvəl qayıqda uşaqlar da daxil olmaqla, ümumilikdə, 31 nəfərin olduğu bildirilib. Qasırğa zamanı küləyin sürəti saatda 100 km təşkil edib.

AzNews.az