Berezovskinin boğulduğu rəsmən təsdiqləndi

26 Mart 2013 07:03 (UTC+04:00)
Britaniya polisi Boris Berezovskinin meyitinin müayinəsinin nəticələrini açıqlayıb. Ekspertizanın nəticəsinə görə, iş adamı boğulma nəticəsində dünyasını dəyişib.

Bundan əvvəl polis rəsmiləri Boris Berezovskinin ölümündə şübhəli heç nə görmədiklərini bildirirdilər. Amma iş adamının dostlarından biri ehtimal edirdi ki, oliqarzı boğa bilərdilər. Onun fikrincə, meyitin yanında tapılan şərf bunu deməyə əsas verir. Ölümündən dərhal sonra mümkün səbəbi kimi intihar və ya infarkt göstərilirdi.

Xatıradaq ki, Boris Berezovskinin ölüm xəbəoi martın 23-də yayılıb. Onun meyiti London yaxınlığındakı malikanəsində mühafizəçisi tərəfindən tapılıb./musavat.com/