“Türkiyədə Azərbaycanı kimdən soruşsan...” - Sinan Burhan

21 İyul 2018 12:24 (UTC+04:00)

AzNews.az yenicag.az-a istinadən xəbər verir ki, forumda çıxış edən Anadolu Yayınçılar Dərnəyinin sədri Sinan Burhan da Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb:

“Anadolu Yayınçılar Dərnəyi olaraq bundan sonra Azərbaycan mediası ilə sıx çalışacağıq. Hər iki ölkənin vətəndaşı bir-birinə könüldən bağlıdır. Türkiyədə Azərbaycanı kimdən soruşsan, böyük bir sevgi ilə danışacaq. 15 iyul gecəsində Aqil Ələsgərlə birlikdə Konya şəhərində idik. O gecə xain FETÖ-çular bizi üçüncü dünya ölkəsi səviyyəsinə endirmək istədilər. Azərbaycan prezidenti cənab İlham Əliyev və Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi.

Sonda isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Milli Mətbuat Günü münasibəti ilə hamınızı təbrik edirəm”.