Dağıstanda yol qəzasında xəsarət alanların hamısı Azərbaycanlıdır

21 İyul 2018 15:13 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Məlumatda deyilir ki, hazırda xəstəxanalarda 5 nəfər müalicə alır. Qalan 5 nəfər isə ambulator müayinəyə göndərilib.

Qəzada həlak olanlara gəldikdə isə, onlar sürücü və minik avtomobilinin sərnişinidir.

Qeyd edək ki, Mercedes Sprinter mikroavtobusu ilə VAZ-2114 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Hadisə İzberbaş şəhəri yaxınlığında, "Qafqaz" avtoyolunda baş verib.