Ağcabədidə 5 ton ot bağlaması yanıb

21 İyul 2018 15:27 (UTC+04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Pərioğlular kəndində həyətyanı sahədə qeydə alınıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.