Lavrov və Pompeo Suriyada mümkün əməkdaşlığı müzakirə ediblər

21 İyul 2018 20:41 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.

Tərəflər danışıq zamanı Rusiya və ABŞ-ın humanitar problemlərin həlli zamanı birgə fəaliyyətini də müzakirə ediblər. Qeyd olunur ki, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Diplomatlar ölkələr arasında münasibətlərin qurulmasına dair gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.