ABŞ Suriyada dinc sakinləri bombaladı

22 İyul 2018 11:10 (UTC+04:00)

APA-nın Suriyanın SANA dövlət xəbər agentliyinə istinadən verdiyi məluma görə, nəticədə dinc əhali arasında ölən və yaralananlar var.

“Beynəlxalq koalisiyanın aviasiyası Əbu Kəmal şəhəri yaxınlığında Əs Susadan səhraya doğru qaçan bir qrup dinc sakinlərə zərbələr endirib, nəticədə xeyli sayda ölən və yaralananlar var. Sakinlər həmçinin İŞİD terrorçularının da hücumuna məruz qalıblar.

AzNews.az