Suraxanıda birotaqlı ev yandı

22 İyul 2018 15:53 (UTC+04:00)

AzNews.az-a FHN-dən verilən məlumata görə, şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 12 m² olan birmərtəbəli 1 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Məlumata görə, evin qalan hissəsi və ona bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.