Neftçalada “KaMAZ” elektrik xəttinə ilişib külə döndü - Qazın verilişi dayandı

22 İyul 2018 19:57 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, alov bürüyən yük avtomobili yoldan çıxaraq qaz kəmərinə çırpılıb.

Nəticədə kəndə qaz verilişi dayanıb. Yük avtomobili tamamilə yanıb. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və avtomaşını cəlb olunub. Alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.