SOCAR Gürcüstanda yeni qaz kəmərləri alıb

23 İyul 2018 12:20 (UTC+04:00)

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan hökumətinin qərarı ilə qaz kəmərləri şirkətə 21,3 mln. lari (9,5 mln. dollar) məbləğində satılıb.

Kaspi, Zuqdidi, Laqodexi, Axmeta, Qardabani, Zestafoni, Ozurgeti və Oni rayonlarında yerləşən qaz kəmərlərinin ümumi uzunluğu 594 min paqon-metr təşkil edir.

Sövdələşməyə əsasən, “SOCAR Georgia Gas” aldığı daşınmaz əmlakın dəyərini 48 ay müddətində tam ödəməlidir.