Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

23 İyul 2018 12:36 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 22-nə keçən gecə Nizami rayonunun Babək prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Abbasov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews