“Məni orada öldürə bilərlər”

26 Mart 2013 09:02 (UTC+04:00)
"Mən Türkiyəyə getməyi arzulayıram. Heç vaxt bu ölkə barədə pis fikir səsləndirməmişəm. Ancaq soyqırımdan danışdığıma görə qardaş və bacılarım Türkiyəyə getməyi məsləhət görmür. Onlar elə düşünürlər ki, məni orada öldürə bilərlər". Bunu tanınmış erməni əsilli Fransa musiqiçisi Şarl Aznavur deyib.

"La Liberte" jurnalına müsahibəsində həm də Ermənistanın İşveçrədəki səfiri olan Şarl Aznavur qəribə fikirlər səsləndirib: "Bacım hətta deyir ki, əgər məni türk güllələməsə, bunu erməni edəcək. Doğrusunu desəm, türk dostlarım məni ölkələrinə dəvət etməyiblər. Əgər Türkiyə Ermənistanla sərhədləri açmağa razılaşsa, hətta soyqırım məsələsi həllini tapmasa belə mən bu ölkəyə səfər edərəm".
Qeyd edək ki, bir müddət əvvəl tanınmış musiqiçinin qızı islam dinini qəbul etmişdi.

Telman
AzNews.az