UEFA Asim Xudiyevi Ermənistan klubunun oyununa hakim-inspektor təyin etdi

23 İyul 2018 13:49 (UTC+04:00)

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, o, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sutjeska” – “Alaşkert” (Ermənistan) oyununun hakim-inspektoru olacaq.

Matç iyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki “Qradski” stadionunda baş tutacaq.