Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün yeri və tarixi dəqiqləşdiriləcək

23 İyul 2018 15:04 (UTC+04:00)

AzNews-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

XİN rəsmisinin sözlərinə görə, bu təkliflər əsasında növbəti görüşün yeri və tarixi dəqiqləşdiriləcək.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud formatda substantiv danışıqların davam etdirilməsinin tərəfdarıdır.