Putinlə Nazarbayev Xəzər sammitini müzakirə etdilər

23 İyul 2018 16:06 (UTC+04:00)

"Report" Kremlin saytına istinadən xəbər verir ki, söhbət zamanı Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı əməkdaşlıq və avqustda Aktauda keçiriləcək Xəzər sammitinə hazırlıq məsələləri müzakirə edilib.

Ölkə başçıları həmçinin beynəlxalq gündəmdəki bir sıra aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.

AzNews.az