Rusiyada “sibir xorası”na görə karantin elan edildi

23 İyul 2018 17:53 (UTC+04:00)

Trend-in məlumatına görə, karantin iki nəfər "Sibir xorası"na yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirildikdən sonra elan olunub.

Qeyd edək ki, daha öncə 31-34 yaşlarında iki şəxsin iribuynuzlu heyvanları kəsdikdən sonra "Sibir xorası"na yoluxma ehtimalı ilə xəstəxanaya müraciət etmələri barədə məlumat verilmişdi.

Hazırda xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti normal qiymətləndirilir.

AzNews.az