Antalyada güclü yanğın - Yenilənib

23 İyul 2018 20:50 (UTC+04:00)

Hazırda ərazidə çoxlu sayda xilasedici və yanğınsöndürən çalışır. Əlavə olaraq, yanğının söndürülməsinə iki təyyarə və bir helikopter cəlb olunub. Müəssisədəki insanlar hadisə yerindən təxliyə ediliblər.

***
18:50

Türkiyənin turizm şəhəri olan Antalyada güclü yanğın başlayıb.

"Qafqazinfo"nun Türkiyə mediasına istinadən məlumatına görə, hadisə dekorasiya məhsulları istehsal edən fabrikdə baş verib. "Kar-Yapı" firmasına aid poliuretan köpük hazırlayan fabrik qəfil alışıb.

Qatı duman və alovlar ətrafdakıların təşvişinə səbəb olub. Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə xeyli sayda yanğınsöndürən cəlb olunub.

AzNews.az