ABŞ-da yaşayış binası uçdu

23 İyul 2018 20:37 (UTC+04:00)

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb, dağıntılar altında qalanların olduğu ehtimalı var.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, uçan bina qəzalı vəziyyətdə olub.

AzNews.az