Luis Hemilton Formula 1-in ümumi hesabında birinci yerdədir

23 İyul 2018 21:58 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, onun komanda yoldaşı, finlandiyalı Valtteri Bottas ikinci yeri tutub. Digər finlandiyalı, “Ferrari”nin pilotu Kimi Raykkonen üçüncü yerdə qərarlaşıb. Əvvəlcə yürüşdə “Ferrari”nin alman pilotu Sebastyan Fettel liderlik edib. Amma 52-ci dövrədə idarəetmənin öhdəsindən gələ bilməyib və trasdan çıxıb.

L.Hemilton 188 xal toplayaraq şəxsi hesabda birinci yerə çıxıb. S.Fettel (171) ikinci yerlə kifayətlənməli olub. Üçüncü yeri K.Raykkonen (131) tutub.

AzNews.az