5 yaşlı uşağı maşın vurdu

23 İyul 2018 22:17 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əsrik Cırdaxan kənd yolunda baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əhmədov Nihad Əhməd oğlunu maşın vurub. Yaralı piyada rayon xəstəxanasına aparılıb, ilkin yardımdan sonra Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az