Daha bir rayonda yol qəzası - 2 nəfər yaralandı

23 İyul 2018 22:30 (UTC+04:00)

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Belə ki, “VAZ 21012” markalı maşın “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü - 1977-ci il təvəllüdlü Həşimov Nurəddin Şahməddin oğlu və 1971-ci il təvəllüdlü Baxşəliyev Nəriman Salih oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az