Hindistanda qaz balonu partladı - 4 nəfər öldü

24 İyul 2018 09:29 (UTC+04:00)

Trend-in məlumatına görə, qəza qaz balonunun partlaması nəticəsində baş verib. Polis hadisə nəticəsində azı 4 nəfərin öldüyünü, daha 12 nəfərin yaralandığını bildirib.

Məlumata görə, qaz balonunun partlamasına səbəb qaz sızması olub. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Partlayış baş vermiş ikimərtəbəli binanın isə tamamilə dağıldığı bildirilir.

AzNews.az