Azərbaycanda pullu avtomobil yollarından istifadə proseduru müəyyənləşdi

24 İyul 2018 10:09 (UTC+04:00)

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nda əksini tapıb.

Məlumat və yol nişanları Azərbaycan dilində və operatorun istəyinə əsasən xarici dildə (ingilis dilində) təqdim ediləcək. Eyni zamanda məlumat operator tərəfindən istifadəçilərin nəzərinə operatorun internet şəbəkəsində saytı vasitəsilə, istifadəçinin tələbi ilə isə ödəniş haqqının alındığı məntəqələrdə çatdırılacaq. İstifadəçiləri təqdim olunan xidmətlər haqqında məlumatlandırmaq məqsədi ilə operator (ödənişli avtomagistralın sahibi) ödənişli avtomagistralın başlanğıc məntəqəsinin və ödəniş haqqının alınması məntəqələri qeyd olunmaqla ödənişli avtomagistralın sxemi və alternativ ödənişsiz hərəkət marşrutu haqqında məlumatı təqdim edəcək.

AzNews.az