İstanbulda leysan yağışlar yolları bağladı

24 İyul 2018 11:17 (UTC+04:00)

Trend-in məlumatına görə, şəhərin böyük avtomagistralları və yolları yağış sularından keçilməz olub. Bu səbəbdən yollarda tıxaclar yaranıb, avtomobillərin hərəkətində problemlər yaranıb.

Hazırda yağışın yollarda yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Əlverişsiz hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi pronozlaşdırılıb.

AzNews.az