Trampla Paşinyan görüşəcəklərmi?

24 İyul 2018 11:23 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Ermənistanın Birləşmiş Ştatlardakı səfiri Qriqor Hovannisyan deyib.

O qeyd edib: "ABŞ Dövlət Departamentindən olan tərəfdaşlarımızla yaxın gələcəkdə baş nazir Paşinyanla prezident Trampın görüşmək imkanını müzakirə edirik. Bu məsələ gündəlikdə dayanır".

Bundan əvvəl N.Paşinyan bəyan etmişdi ki, sentyabrda Nyu Yorkda BMT Baş Assambleyasının iclası keçirilən zaman ABŞ-a səfər etməyi planlaşdırır.

AzNews.az