“Musa Yaqubun əlindən, ayağından öpdüm” - Aqil Abbas

24 İyul 2018 11:29 (UTC+04:00)

Bu barədə AzNews.az-a danışan deputat Musa Yaqubun çox darıxdığını dedi:

“Yaş öz işini görüb. Musa Yaqub çox darıxır. Onu üzən, narahat edən də budur. Oturduq, söhbət elədik, dərdləşdik, bir-birimizə ürəyimizi açdıq, hətta arada zarafat da elədik. Əlindən, ayağından öpdüm. Allah özü ona kömək olsun. Açığı getməyimizə çox sevindi. Məni görən kimi dedi ki, “Aqil, səni arzulayırdım, hardaydın?”. İldə ən azı 4-5 dəfə İsmayıllıya, Musa Yaqubun ziyarətinə gedirəm. Özü də ailəmlə. Odlu-alovlu danışan adam üçün xəstə yatağı darıxdırıcı olur”

Qeyd edək ki, bir müddətdir ki, şair Musa Yaqubun səhhətində problemlər yaranıb.

Bahar RÜSTƏMLİ
AzNews.az