Yunanıstanda matəm elan olundu

24 İyul 2018 11:48 (UTC+04:00)

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin baş naziri Aleksis Çipras bu barədə sərəncam imzalayıb. Qərara əsasən, meşə yanğınlarında həlak olanlara görə Yunanıstanda 1 günlük matəm elan edilib. Bundan başqa, nazir ölkədəki fövqəladə vəziyyətlə əlaqədar xarici səfərini də təxirə salıb.

Qeyd edək ki, Afina ətrafında başlayan meşə yanğınları 50 nəfərin ölümünə, 59-nun isə xəsarət almasına səbəb olub.

AzNews.az