Daha bir futbolçu məşqçiliyə başladı

24 İyul 2018 13:19 (UTC+04:00)

"Report" klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı sabiq müdafiəçi MOİK-in gənclər komandasında çalışacaq. O, baş məşqçi Andrey Aksyonovun köməkçisi olacaq.

Qeyd edək ki, Sergey İqnaşeviç DÇ-2018-in 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

AzNews.az