Yunanıstanda yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur - XİN

24 İyul 2018 13:37 (UTC+04:00)

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Yunanıstandakı Səfirliyindən verilən məlumata görə bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

“Yunanıstandakı səfirliyimizin davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır”, - deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, Yunanıstanda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 53-ə çatıb. 150-dən çox adam isə yaralanıb. Yanğınlar Afina ətrafında 3 istiqamətdə davam edir. Hökumət bu ərazilərdə fövqəladə vəziyyət elan edib.

AzNews.az