Türkiyə Yunanıstana kömək etməyə hazırdır - Ərdoğan

24 İyul 2018 13:46 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, Yunanıstan Türkiyənin qonşusudur və Türkiyə xalqı qonşu Yunanıstan xalqına başsağlığı verir.

Qeyd edək ki, iyulun 23-də paytaxt Afina yaxınlığında meşəlik ərazilərdə güclü yanğın başlayıb. Yanğın nəticəsində 50 nəfər ölüb, ən azı 150 nəfər xəsarət alıb.

Attika paytaxt bölgəsində fövqəladə vəziyyət elan olunub.

AzNews.az