Rusiya Belarusdan göbələk tədarükünü dayandırır

24 İyul 2018 14:52 (UTC+04:00)

Trend-in məlumatına görə, buna səbəb Rusiya tərəfindən müvafiq qurumun Pskov vilayətində sərhəd-buraxılış məntəqəsində apardığı fitosanitar yoxlama olub. Belə ki, Belarusdan Rusiyaya gətirilməsi nəzərdə tutulan 4,608 ton göbələyin sənədlərinin qaydada olmadığı, məhsulun markalanmasında problem olduğu ortaya çıxıb.

Müvafiq qurum bildirir ki, bəzi göbələk qutularında məhsulun Polşada istehsal olunması qeyd olunan markalanma olub.

Rusiya tərəfi Belarusdan faktın araşdırılmasını xahiş edib.

AzNews.az