Zəka sahibi yenə uduzdu

26 Mart 2013 09:46 (UTC+04:00)




Ötən gün Boris Gelfanda uduzan həmyerlimiz turnir cədvəlinin aşağı pilləsinə yuvarlanıb. Bu dəfə Rəcəbov birinci dövrədə məğlub etdiyi və hazırda yarışın autsayderi olan İvançuk üzərində ikinci qələbəsini qazanmaq üçün çıxmışdı. Lakin Teymur rəqibinə məğlub olub.

Digər görüşlərdə isə Vladimir Kramnik Maqnus Karlsenlə, Pyotr Svidler Aleksandr Qrişukla heç-heçə edib. Boris Gelfand isə Levon Aronyan üzərində qələbə qazanıb.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.

IX tur

Teymur Rəcəbov (Azərbaycan, 2793) – Vasili İvançuk (Ukrayna, 2757) – 0:1
Vladimir Kramnik (Rusiya, 2810) – Maqnus Karlsen (Norveç, 2872) - 0,5:0,5
Pyotr Svidler (Rusiya, 2747) – Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2740) – Levon Aronyan (Ermənistan, 2809) - 1:0

Xal durumu: Karlsen – 6, Aronyan – 5,5, Kramnik – 5, Qrişuk, Gelfand – 4,5, Svidler – 4, İvançuk – 3,5 Rəcəbov – 3.

AzNews.az