Filippində müsəlmanlara genişləndirilmiş muxtariyyət verilir

24 İyul 2018 16:08 (UTC+04:00)

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qanun Mindanao əyalətinin bir sıra rayonlarına muxtariyyətin verilməsi nəzərdə tutur.

Bildirilib ki, sənəd təsdiqlənmək üçün Filippin Prezidenti Rodriqo Duterteyə təqdim edilib.

Moro İslam Azadlıq Cəbhəsi 40 ilə yaxındır Filippin hökumətinə qarşı mübarizə aparır. 120 mindən çox insan bu silahlı qarşıdurmanın qurbanı olub. 2014-cü il martın 27-də tərəflər arasında sülh sazişi imzalanıb. Həmin razılaşmaya əsasən, Mindanao adasının cənub hissəsi muxtar region olacaq.

Cari ilin aprelində isə Prezidenti Rodriqo Duterte bildirmişdi ki, Mindanao adasının cənub hissəsinə muxtar region statusunun verilməsini nəzərdə tutan qanun layihəsi may ayının sonunadək təsdiqlənməzsə, istefa verəcək.

AzNews.az