Danimarka yeni eksperimental sxemin tətbiqinə başlayacaq

24 İyul 2018 16:24 (UTC+04:00)

AzNews.az vergiler.az saytına istinadla bildirir ki, agentliyin açıqlamasına görə, yeni “ƏDV və vergi yoxlaması” sxeminə əsasən, vergiödəyicilərinin səhv etmək riski yüksək olan problemli sahələri müəyyənləşdirmək məqsədilə bir sıra seçilmiş vergi məsələlərinin (məsələn, kiçik və orta müəssisə işçilərinin mükafatlarının vergiyə cəlb edilməsi kimi) təhlilini apara biləcəklər.

Bu, şirkətlərə cəza tədbirləri verilmədən onların öz səhvlərini müəyyənləşdirib aradan qaldırmalarına imkan yaradacaq. Bundan əlavə, belə bir addımın atılması vergi orqanları əməkdaşlarının qanunvericiliyə qəsdən əməletməmə hallarına qarşı mübarizə tədbirlərinə sərf etdikləri vaxtın əsaslı şəkildə azaldılmasına gətirib çıxaracaq.

Hökumətin rəsmi açıqlamasına əsasən, ölkədəki 600 min kiçik və orta müəssisənin yarısına yaxını - təxminən 46 faizi vergilərin ödənilməsində bilməyərəkdən səhvlərə yol verir, vergidən yayınma məqsədilə edilən səhvlər isə cəmi 10 faiz təşkil edir.