Sumqayıt Dövlət Dram Teatrı aktyor axtarır

24 İyul 2018 16:44 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kastinqdə iştirak etmək istəyən gənclər sentyabrın 15-dək müraciət edə bilərlər.

Bundan başqa, repertuar siyasətini genişləndirmək, mövzu çeşidliyini artırmaq, həmçinin istedadlı gənc yazarları teatr sahəsinə cəlb etmək məqsədi ilə dram əsərlərinin müsabiqəsi də elan edilib.

Göndərilən əsərlər aşağıda qeyd olunan mövzuları əhatə etməlidir.

- Sumqayıt şəhərinin yaranması, tarixi, dünəni və bu gününü əhatə edən səhnə əsəri;

- Hərbi-vətənpərvərlik mövzusu;

- Gənclərin həyatından bəhs edən innovativ mövzu.

Müraciət etmək istəyənlər sumqayitdram@mail.ru adresinə tələb olunan məlumatları göndərə bilərlər.

AzNews.az