Delarj rəsmən “Qarabağ”da

24 İyul 2018 16:55 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu “Bursaspor”un forvardı Con Delarjla rəsmi müqaviləyə qol çəkib.

Konqolu hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.

Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.

AzNews.az