Yaponiyada kəskin istilər 65 nəfərin həyatına son qoydu

24 İyul 2018 17:43 (UTC+04:00)

Trend-in məlumatına görə, 22 mindən çox adam günvurma diaqnozu ilə xəstəxanalara müraciət edib.

İsti hava kütləsi artıq fasiləsiz olaraq 2 həftədir ki, Yaponiyada hökm sürür.

Maksimal hərarətin 41 dərəcəyə çatdığı bildirilir. Daha cox zərərçəkənlər isə Aiti, Osaka, Xyoqo, Tiba və Kioto prefekturalarındadır.

AzNews.az