Bayram tonqalında yanan qızların vəziyyəti ağırdır

26 Mart 2013 10:13 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, Novruz tonqalında yanan qızlardan biri – Aysel Yarıyeva dünən dünyasını dəyişib.

5 saylı xəstəxananın yanıq şöbəsində müalicə alan digər iki qızın – Leyla Yarıyeva və Türkan Nəsibovanın vəziyyətinin isə ağır olduğu bildirilir. Aznews.az-a daxil olan xəbərdə bildirilir ki, xəstəxanaya gətirildikləri gündən komadan çıxmayan qızların bədənləri şişib.

Ruhiyyə
Aznews.az