“Nar” nömrəsini özünlə götür, xaricdə Wi-Fi axtarma

24 İyul 2018 18:53 (UTC+04:00)

Abunəçilərin istəklərini nəzərə alan “Nar” rominq internet paketlərini cəmi 2 AZN-dən başlayan qiymətlərlə təqdim edir. 200 MB-lıq internet paketini aktivləşdirmək üçün *777#102#YES, 600 MB-lıq paket üçün *777#105#YES şifrəsini yığmaq kifayətdir. İnternet paketlərindən Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrdə yararlanmaq mükündür.

Şifariş edilən paket daxili internet balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq kifayətdir. “Tətil” paketlərin istifadə müddəti 15 gün təşkil edir. Nar.az saytına daxil olaraq və ya “Tetil" yazıb 777 nömrəsinə SMS göndərməklə “Tətil” internet paketləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Qeyd edək ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə Azərbaycanda ən yüksək nəticəyə nail olmuşdur.

AzNews.az