"Azərbaycan FETÖ məktəblərini bizim Maarif Vəqfinə verə bilər" - Çavuşoğlu

24 İyul 2018 18:53 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb: “FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik. Azərbaycan da bu məktəbləri bizim “Maarif” Vəqfinə verə bilər”.