Elmar Məmmədyarov: “Ermənistan vaxt istəyib”

24 İyul 2018 18:56 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

“Təklif var idi ki, BMT Baş Assambleyasının iclası çərçivəsində ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi vaxt istəyib”, - deyə o vurğulayıb.