Türkiyə XİN rəhbəri: “AŞPA hörmətini itirməyə başlayıb”

24 İyul 2018 19:03 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, bugünkü görüşə Səməd Seyidov da qatılıb: “AŞPA təsirini və hörmətini itirməyə başlayıb. Bu təşkilatlar bizim üçün də, Avropa üçün də önəmlidir. Bu məsələlərdə Azərbaycanla birgə işləməyə davam edəcəyik”.