Çavuşoğlu: “İrana qarşı sanksiyaların əleyhinəyik”

24 İyul 2018 19:05 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.

”ABŞ Fətullahı bizə verdiyi zaman Türkiyə bu fikrindən əl çəkəcək” kimi söhbət ola bilməz. Onlar Fətullah Güləni bizə verməlidir, biz müttəfiqik və bunu başqa şərtlə bağlamaq olmaz. İranın küncə sıxışdırılmasını və ABŞ-ın İranla bağlı nüvə sazişindən çıxmasını da doğru hesab etmirik. Bu yaxınlarda ABŞ- dan Türkiyəyə bir heyət gəldi. Onlara da dedik ki, biz nefti İrandan almasaq, o ehtiyacımızı haradan qarşılayacağıq? İranla fərqli baxışlarımız ola bilər, amma sanksiyaları düzgün hesab etmirik”, - deyə o vurğulayıb.