Sabirabadda piyadanı avtomobil vurub

24 İyul 2018 23:07 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Azada kənd sakini 1969-cu il təvəllüdlü Məmmədov Hikmət Qüdrət oğlu yolu keçərkən mebel daşıyan “Mercedes” markalı yük avtomobili tərəfindən vurub. Kəllə-beyin travması alan piyada Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.