Azərbaycan neftinin 1 bareli 75 dolları ötüb

24 İyul 2018 23:52 (UTC+04:00)

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 23-də 74,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 23-də 70,91 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,07 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 23-də 73,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,46 dollar/barel çoxdur.