AzNews.az xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Qabil Babayev məlumat verib. O bildirib ki, hadisə 1 nömrəli marşrut xətti üzrə “28 May” metrostansiyasının qarşısından “Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna qəflətən minik avtomobili çıxıb:
“Yol-hərəkət qaydalarını kobud şəkildə pozan minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaradıb. Bu zaman avtobusun sürücüsü baş verə biləcək qəzanın qarşısını almaq üçün əyləcdən istifadə edib. Nəticədə avtobusun sərnişini Nataliya Vladimirovna yıxılıb. N.Vladimirovna “BakuBus” MMC-yə etdiyi müraciəti nəzərə alınaraq, avtobusda yıxılmasının səbəbləri barədə məlumatlandırılıb”.
Hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
1 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun yolunda yaranan qəza şəraiti ilə bağlı görüntünü təqdim edirik:
Bahar RÜSTƏMLİ
AzNews.az